Cəlilabadda 8 yaşlı uşaq qəzalı hasarın aşması nəticəsində həyatını itirib.
News365.az xəbər verir ki, faciəvi hadisə Cəlilabad rayonunun Alar kəndində baş verib. Kənd sakini, 8 yaşlı Nizami Muradov həyətlərində gəzərkən qəzalı vəziyyətdə olan hasar qəfil üzərinə aşıb.
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı hüquq - mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.