ÇAXAL İranın nüvə silahı istehsalına dair gizli planını yaydı -VİDEO+FOTO

ÇAXAL İranın nüvə silahı istehsalına dair gizli planını yaydı -VİDEO+FOTO
13 İyn 2025 10:50

Xəbər verdiyimiz kimi İsrail ordusu (ÇAXAL) İran ərazisini bombalayır. ÇAXAL bu gün iddia edib ki, İranın nüvə silahı yaratmaq üçün gizli planı var imiş. Kəşfiyyat məlumatlarına əsaslanan infoqrafika ÇAXAL-ın rəsmi saytında yerləşdirilib.


İnfoqrafiyada Tehranın kritik nöqtəyə yaxınlaşması ilə bağlı məlumatlar yer alıb. Saytda yazılanlara görə, İran tez bir zamanda nüvə silahı əldə edə bilər. Bu, zənginləşdirilmiş uranın geniş miqyaslı istehsalı və ölkənin müxtəlif regionlarına səpələnmiş yeraltı infrastrukturun istifadəsi nəticəsində mümkün olub.

İsrail hərbçiləri İranın nüvə mütəxəssislərinin köməyi ilə onilliklər ərzində bu proqram üzərində işlədiyini və son illərdə əhəmiyyətli irəliləyiş əldə edildiyini iddia edir. Onlar belə hesab edirlər ki, hadisələr xüsusilə son aylarda sürətlənib.


İsrail ordusu həmçinin qeyd edib ki, Tehranı diplomatik yolla cilovlamaq üçün beynəlxalq səylər nəticə verməyib. Bununla bağlı ÇAXAL ölkə əhalisini qorumaq üçün hərbi addımların atılmasının vacibliyini bəyan edib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.


Tural


Sizin reklam burada
Sizin reklam burada