Bu tarixdən siqaret 50 faiz bahalaşacaq - AÇIQLAMA

Bu tarixdən siqaret 50 faiz bahalaşacaq -  AÇIQLAMA
18 Apr 2024 09:40

 

Xəbər verdiyimiz kimi "Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik üçün Milli Məclisdə müzakirələr başlanıb. Verilən məlumata görə qanuna edilən dəyişiklikdə ölkədə istehsal edilən siqaretin keyfiyyətinin yüksəldilməsi birinci şərtdir. Ona görə də  qanuna dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq ediləcək.

Bundan əlavə qanun layihəsində qeyd olunur ki, tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması da həyata keçiriləcək. Bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən, əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrəndik. News365.az –a açıqlamasında o bildirib ki, qanuna ediləcək dəyişikliklər, yəni icazə lisenziyalarının alınması, müəyyən tələblərin qoyulması və sair, bunlar hamısı sahibkar üçün əlavə xərcdir:

“Müzakirə olunan qanun layihəsinin tələbinə görə Azərbaycanda siqaret istehsalçısının ən azı 50 milyon manat pulu olmalıdır. Bu da o deməkdir ki, onsuz da inhisarda olan siqaret istehsalının sahəsi bir qədər də daralacaqş Xırda istehsalçılar sıxışdırılıb aradançıxardılacaq. Ən yaxşı halda bir –iki şirkət istehsalla məşğul olacaq. Sözsüz ki, həmin inhisarçılar da ilk növbədə siqaretin qiymətini bahalaşdıracaq. Ona görə də əminliklə deyə bilərəm ki, yeni qanun qüvvəyə minəndən bir müddət sonra Azərbaycanda siqaretin qiyməti 50 faiz qalxacaq”.

Müsahibimiz vətəndaş olaraq siqaretin bahalaşmasının tərəfdarıdır:

“Siqaretin qiyməti qoy baha olsun ki, ondan istifadə edənlərin sayı azalsın. Ən azı qiymət artımından sonra siqaret azyaşlılar üçün əl çatan olmaya bilər. Ona görə də siqaretin bahalaşmasına pis baxmıram”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər