Bu şəxslər üçün də "dəfn pulu" verilə bilər - TƏKLİF

Bu şəxslər üçün də "dəfn pulu" verilə bilər - TƏKLİF
15 Mar 2025 16:06

"İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsinin təmin edilməsi təklif edilib".

News365.az xəbər verir ki, bunu parlamentin iclasında deputat Musa Quliyev Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.

Deputat işləməyən şəxslərə də dəfn xərclərinin verilməsi məsələsinə baxılmasını təklif edib:

"Müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın".


Sizin reklam burada
Sizin reklam burada