Bu şəxslər də hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək

Bu şəxslər də hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək
29 Okt 2024 13:08

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik olunur. 

News365.az xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə hərbi xidmətdən buraxılan şəxslərlə yanaşı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), xidməti uyğunsuzluğa görə hərbi xidmətdən buraxılanlar da (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.   

Qanun layihəsi I oxunuşda səsverməyə qoyularaq qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada