Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb.
News365.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şamaxı şəhərində yerləşən “Şamo” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.