Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ABŞ-İran arasında danışıqlar sənədinin tamamlanması üçün Tehrana səfər edib.
News365.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” pakistanlı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfi danışıqlar sənədinin konkret bəndləri üzrə cavab istəyib. Bu səbəbldən Nəqvi konkret razılaşmanın əldə olunması üçün İrana yollanıb.
Mənbələrin sözlərinə görə, həll olunmamış məsələlər, o cümlədən nüvə məsələsi üzrə danışıqlar üçün "qapı açıqdır".