Honq-Konqda baş verən faciəvi yanğın nəticəsində ölənlərin sayı 94-ə çatıb, 76 nəfər isə yaralanıb.
News365.az xarici mətbuata istinadla xəbər verir ki, yanğın Vanq Fuk ərazisində, 1 900-dən çox mənzilin yerləşdiyi binada qeydə alınıb.
Hadisənin araşdırılması çərçivəsində polis, tikinti şirkətinin iki menecerini və məsləhətçi mühəndisi “ehtiyatsızlıqdan ölümə səbəb olmaq” ittihamı ilə saxlayıb.
Yerli rəsmilər bildiriblər ki, bu yanğın Honq-Konqda son 70 ilin ən ağır yanğın hadisəsi kimi tarixə düşüb.
News365.az