Bu müəllimlər attestasiyaya cəlb olunurlar

Bu müəllimlər attestasiyaya cəlb olunurlar
10:01

Fevralın 3-də Mədəniyyət Nazirliyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazir Adil Kərimli bildirib ki, attestasiya müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisaslarına uyğun olaraq tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil edilən attestasiya prosesi cari il ərzində ölkənin bütün regionlarını əhatə etməklə yekunlaşacaq.

İclasda attestasiya komissiyalarının üzvləri və mədəniyyət xadimləri çıxış edərək prosesin əhəmiyyətini vurğulayıb və attestasiyanın uğurla başa çatacağına əminliklərini bildiriblər.


Sizin reklam burada
Sizin reklam burada