Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
26 Apr 2024 20:22

Aprelin 27-si saat 09:00-dan aprelin 28-i saat 22:00-dək paytaxtın Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə News365.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.


Youtube kanalımız

Oxşar xəbərlər