Bu gün dəfn olunan şəhidin anası: “Gözüm yoldan yığıldı”

Bu gün dəfn olunan şəhidin anası:  “Gözüm yoldan yığıldı”
07 May 2024 15:24

“Balam tapılandan sonra gözüm yoldan yığıldı”.

News365.az Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Gülalı Məhəmməd oğlu Dadaşovun vida mərasimi zamanı jurnalistlərə açıqlamasında anası Səbirə Dadaşova deyib.

O, əziyyəti keçəm hər kəsə təşəkkürünü bildirib:

“31 il övladım itkin düşmüşdü. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bu işdə əziyyəti keçən hər kəsə minnətdaram. Balam gəlib, gözümü yoldan yığdı. Daha qəbrini ziyarət edə biləcəyəm”.


Youtube kanalımız

Oxşar xəbərlər