Bu, İsrailin yanlış istiqamətdə ciddi addımıdır - Makron

Bu, İsrailin yanlış istiqamətdə ciddi addımıdır - Makron
19 Mar 2025 22:30

İsrailin HƏMAS-la atəşkəsin əldə olunmasından sonra Qəzza zolağına yenidən hücumlar etməsi yanlış istiqamətdə atılmış ciddi addımdır.


News365.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə İordaniya kralı II Abdullahla danışıqlar ərəfəsində bildirib.


"Dünən İsrailin vasitəçilərin səylərinə baxmayaraq, yenidən hücuma keçməsi dramatik bir geriləmədir. Bu, yenidən bombardman dəhşətinə qərq olan Qəzzadakı fələstinlilər üçün dramatikdir. Həmçinin girov götürülmüş israillilər və onların ailələri üçün də dramatikdir, çünki onlar qeyri-müəyyənliyin kabusunda yaşayırlar", - o əlavə edib.


Qeyd edək ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatı bərpa edib.


Sizin reklam burada
Sizin reklam burada