Bu il Azərbaycanda 3 minə yaxın zəlzələ baş verib.
News365.az xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş "Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu siyahıya hər maqnitudalı zəlzələlər daxildir.