Bu adam 1173 dəfə qan verib

Bu adam 1173 dəfə qan verib
31 Mar 2025 18:30

Ceyms Kristofer Harrison adlı bu adam 18 yaşından 81 yaşına qədər 1173 dəfə qan verib.


News365.az xəbər verir ki, Ceyms 14 yaşı olanda ciddi bir əməliyyat keçirib və ona çoxlu qan köçürməsi sayəsində yaşaya bilib. İynədən qorxmasına baxmayaraq bu mənəvi borcunu qaytarmaq üçün 18 yaşından etibarən qan verməyə başayıb.


İlk bir neçə donorluqdan sonra Ceymsin qanında qeyri-adi dərəcədə güclü və davamlı "D Rh antigeni"nə qarşı anticisimlər aşkarlanıb. Bu tip anticismlər yeni doğulan körpələrdə HDN xəstəliyinin qarşısını almaq üçün istifadə edilən immunoqlobulin əsaslı preparatların hazırlanmasında istifadə edilir.


O, qanındakı bu dəyərli gücü uşaqların xilası üçün istifadə edib. Ceyms hər 3 həftədən bir davamlı olaraq qan verməyə başlayıb. 81 yaşına kimi 1173 dəfə qan verib. 2.4 milyondan çox uşağın həyatını xilas etdiyi təxmin edilir.


Ceymsin qanı öz nəvələrini də xilas edib. O, 88 yaşında 17 fevral 2025-ci ildə vəfat edib...



Sizin reklam burada
Sizin reklam burada