Rusiyanın Bryansk vilayətində körpünün partlaması nəticəsində artıq ölənlər barədə məlumatlar yayılır. Yerli emdianın yaydığı məlumata görə, uşaq hospisinin həkimi, 32 yaşlı Violetta Qorınya ölüb. SHOT Telegram kanalı isə xəbər verir ki, onun dörd aylıq oğlunun vəziyyəti ağırdır. Qadının əri yüngül xəsarətlər alıb.
Bundan əvvəl media xəsarət alanların sayının 100-ə yaxınlaşdığını yazmışdı.
Xatırladaq ki, mayın 31-nə keçən gecə Bryansk vilayətində avtomobillərin olduğu körpü uçub. Daha sonra Pilşino - Vıqoniçinin tək relsli dəmir yolu hissəsində də partlayış olub. Qəza zamanı sərnişin qatarı keçidin altından keçirmiş. Qatar Klimov-Moskva marşrutu ilə hərəkət edib, vaqonlardan biri əzilib.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov hesab edir ki, körpü partlayışlarını Ukrayna Təhlükəsizlik Xidməti və ya bu ölkənin Baş Kəşfiyyat İdarəsi təşkil edib.
Tural