Britaniyanın yeni xarici işlər nazirinin ilk səfəri: Almaniya

Britaniyanın yeni xarici işlər nazirinin ilk səfəri: Almaniya
07 İyl 2024 08:44

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk dəfə olaraq Almaniyada xarici səfərdədir.

Bu barədə News365.az xarici KİV-lərə istinadən xəbər verir.

"Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam", - Lemmi deyib.

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.


Youtube kanalımız

Oxşar xəbərlər