Boltondan İran xəbərdarlığı: "Rejim süqut etsə..."

Boltondan İran xəbərdarlığı: "Rejim süqut etsə..."
09:47

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton Vaşinqtonun İsrail və İran arasındakı münaqişəyə birbaşa müdaxilə şansını 50-50-yə qiymətləndirib. Onun sözlərini “Der Spiegel” nəşri sitat gətirib.


"Şanslar 50-nin 50-yədir. Tramp öz xüsusi nümayəndəsi Stiv Uitkovu İranın xarici işlər naziri Abbas Əraqçi ilə yenidən əlaqələndirməyə cəhd edə bilər. Amma o, həm də başa düşür ki, əgər bütün bunlar İranda rejimin süqutu ilə başa çatarsa, ​bu, Yaxın Şərqdə epoxal dönüş nöqtəsi olacaq. Hərçənd rejimin süqutu mümkündür", - Bolton bildirib.


Onun sözlərinə görə, ABŞ prezidenti bu prosesin onun iştirakı olmadan baş verməsi fikirinə belə "dözə bilməz". Analitik iddia edir ki, “Donald Tramp həmişə yalnız Donald Trampı düşünür!".

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada