BMT-nin rezident əlaqələndiricisi Azərbaycan xalqını təbrik etdi

BMT-nin rezident əlaqələndiricisi Azərbaycan xalqını təbrik etdi
20 Mar 2025 11:16

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

News365.az xəbər verir ki, təbrik Andreyevanın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“BMT-nin Azərbaycandakı ailəsi adından hər kəsə şən və dinc Novruz arzulayıram! Qoy bu yenilənmə mövsümü hamıya firavanlıq, birlik və ümid gətirsin”, - o yazıb.



Sizin reklam burada
Sizin reklam burada