"Bizim briqada ağır itkilər verməsi ilə məşhurdur" -Əsir

"Bizim briqada ağır itkilər verməsi ilə məşhurdur" -Əsir
30 Dek 2024 13:34

Ukrayna qoşunlarının tərkibində ağır itkilər verməsi ilə məşhur olan 32-ci briqada döyüşür. Bu barədə  Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən əsgəri Roman Veliçko Rusiya mediasına açıqlamasında məlumat verib. 

"Bu briqada hər dəfə xeyli sayda canlı qüvvə itirir. Ona görə də əlil və ya əlil olmayan hər kəsi orada qucaq açıb qarşılayırlar",- deyən əsgər gileylənib.

Veliçkonun sözlərinə görə, noyabrda komandanlıq onu bu briqadaya keçirib. Döyüş mövqeyinə keçən əsgər tezliklə rus ordusuna təslim olub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız