Əməliyyat olunan müğənni Nadir Qafarzadə xəsdəxanadan paylaşım edib.
News365.az xəbər verir ki, müğənni həkimlərə və onu ziyarət edən dostlarına təşəkkür edib.
"Salam olsun ən sevdiklərimə və məni sevənlərə, Allahın gözəl bəndələrinə. Ramazan günlərini yaşayırıq, Ramazanımız mübarək olsun! Orucumuz qəbul olsun, dualarımız da, inşallah. Allah sizləri sevsin, qanadı üzərinizdən əskik olmasın. Hər şeyə görə sonsuz minnətdaram.
Dostlarım gəldilər, baş çəkdilər, halımı soruşdular. Çox sağ olsunlar, var olsunlar! Bir saat əvvəl narkozdan ayılmışam, artıq yaxşıyam. Avro Medical Mərkəzinə və bütün həkim heyətinə, tibb işçilərinə dərin təşəkkürümü bildirirəm. Hər an diqqətli və qayğıkeş oldular, əziyyət çəkdilər. Çox sağ olun, var olun! Allah heç kimi xəstə etməsin, xəstəxanaya yolumuz yalnız adi müayinələr üçün düşsün, başqa səbəblərdən yox.
Burada hər şey yaxşıdır, hər cür şərait yaradılıb. Dostlarım da yazırlar, dualarını əsirgəmirlər. Hamınıza təşəkkür edirəm!"