Bir ailədə 6 ayda 5-ci uşaq ÖLDÜ

Bir ailədə 6 ayda 5-ci uşaq ÖLDÜ
02 Fev 2025 17:42

2024-cü ilin sentyabrında dörd uşağın zəhərlənərək öldüyü rusiyalı bir ailənin beşinci körpəsi də vəfat edib.

Hadisə Krasnoyarsk diyarının Krasnaya Sopka kəndində baş verib.

İlkin məlumatlara görə, uşaq öz qusmasından boğulub. Ölümün dəqiq səbəbini istintaq müəyyən edəcək.

Körpənin cəsədini anası beşikdə tapıb. Uşağın valideynlərinə qarşı ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə cinayət işi başlanıb.

Bildirilir ki, 3 aylıq uşaq yalnız ana südü ilə qidalanıb və səhhətinə görə heç bir tibb müəssisəsində qeydiyyatda olmayıb.

Xatırladaq ki, ailənin 6, 11 və 12 yaşlı üç qızı, həmçinin 13 yaşlı oğlu həşərat dərmanından zəhərlənərək ölüblər. İstintaqın məlumatına görə, sentyabrın 20-də 34 yaşlı ailə başçısı evdəki otaqlara dərman püskürdüb. Lakin ata uşaqları otağa buraxaraq yemək yeməyə icazə verib. Bir neçə gün ərzində dörd uşaq ölüb.


Sizin reklam burada
Sizin reklam burada