Bezosun toyu İtaliya büdcəsinə milyard dollar qazandıracaq

Bezosun toyu İtaliya büdcəsinə milyard dollar qazandıracaq
12:48

Milyarder Cef Bezos və Lauren Sançesin Venesiyadakı toyu İtaliya büdcəsinə 1,12 milyard dollar qazandıracaq.


Xarici KİV yazır ki, Rəsmi olaraq toy yeni evlənənlərə təxminən 47-56 milyon dollara başa gəlib. Bununla belə, İtaliya Turizm Nazirliyinin məlumatına görə, toyun mətbuatda işıqlandırılması, eləcə də dolayısı ilə toy xərcləri büdcəyə daha bir milyard dollar gəlir gətirəcək. Təxminən 33,3 milyon dollar toya gələn qonaqlar üçün otel nömrələrinə, daha 20,6 milyon dollar isə nəqliyyat xərclərinə xərclənəcək.

Milyarder Cef Bezos iyunun 26-da telejurnalist Lauren Sanchezlə evlənib. Tabloid Page Six yazır ki, Bezos və Sançes İtaliyaya getməzdən əvvəl ABŞ-da ailə qurub. Tədbirə ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Kared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio və Kardaşyan ailəsinin bir neçə üzvü də daxil olmaqla 200-ə yaxın məşhur və biznes elitası dəvət olunub.

Tural


Sizin reklam burada
Sizin reklam burada