Qar uçqununda həlak olmuş əsgərlə vida mərasimi keçirildi - YENİLƏNİB + VİDEO/FOTOLAR

Qar uçqununda həlak olmuş əsgərlə vida mərasimi keçirildi - YENİLƏNİB + VİDEO/FOTOLAR
22 Mar 2025 12:32

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Bərdədə vida mərasimi keçirilib.

News365.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak edib.

Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Xatırladaq ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.

***

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Rüstəm Ruslan oğlu Həmidov ilə vida mərasimi Bərdə şəhərində keçirilib.

 News365.az xəbər verir ki, 15.08.2005 - ci il təvəllüdlü hərbi qulluqçunun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, Rüstəm Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində dünyasını dəyişib.

Xatırladaq ki, Rüstəm Həmidov Bərdə şəhər şəhidlər xiyabanında dəfn ediləcək.






Sizin reklam burada
Sizin reklam burada