Bələdiyyə sədri faciəli şəkildə öldü

Bələdiyyə sədri faciəli şəkildə öldü
25 İyl 2025 13:45

Türkiyənin Yozqat vilayətinin Yenifakılı şəhərinin bələdiyyə sədri Musa Sarıaslan yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

News365.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, MHP-dən seçilən Musa Sarıaslanın xidməti avtomobili yoldan çıxaraq tarlaya girib.

Hadisə yerinə gələn həkim heyəti bələdiyyə başçısının öldüyünü qeydə alıblar.


Sizin reklam burada
Sizin reklam burada