Bələdiyyə işçisi narkotik çəkib itə əziyyət verdi

Bələdiyyə işçisi narkotik çəkib itə əziyyət verdi
14:15

Edirne şəhərində Meriç çayı yaxınlığında baş verən hadisədə, sahibsiz bir iti boynuna ip bağlayaraq yerə sürüyən bələdiyyə işçisi sosial mediada tənqidlərin artmasından sonra Edirne Cumhuriyyət Baş Prokurorluğu tərəfindən saxlanılıb.

News365.az xəbər verir ki, görüntülərdə işçinin narkotik iynə ilə şüurunu itirmiş iti yığma avtomobilinə apardığı müşahidə olunub. Edirne Bələdiyyəsi, şəxsin onların əməkdaşı olduğunu təsdiqləyərək xəbərdarlıq edildiyini açıqlayıb.

Vətəndaşlar isə itlərin toplanma üsuluna etiraz edərək daha humanist metodların tətbiq edilməsini tələb ediblər. Araşdırma çərçivəsində Edirne Bələdiyyəsinin Küçə Heyvanları Sığınacağında işləyən A.Y. saxlanılıb. Onun polis bölməsindəki işləri davam edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada