Belarus səfiri ADU-da qonaq oldu

Belarus səfiri ADU-da qonaq oldu
18:29

İyunun 19-da Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.


News365.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.


Qeyd olunub ki, Azərbaycan-Belarus əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və əməkdaşlıq dinamikası yüksələn xətt üzrə inkişaf edir.


“Bizi bir-birimizə möhkəm dostluq münasibətləri bağlayır. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi elmi, mədəni sahələrdə də əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. ADU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzi əlaqələrimizin qurulması baxımından mühüm əhəmiyyətə malikdir. ADU tələbələri Belarus dilinə və mədəniyyətinə böyük maraq göstərir”, - Kamal Abdulla bildirib.


Səfirə ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib.


Rektor səfiri ADU-nun “Məzun günü”nə dəvət edib.


Görüşün sonunda xatirə hədiyyələri t

əqdim olunub.



Sizin reklam burada
Sizin reklam burada