Qaxda gölə düşən traktorun sürücüsü boğularaq ölüb

Qaxda gölə düşən traktorun sürücüsü boğularaq ölüb
01 İyl 2025 23:45

Qaxda idarəetməni itirərək gölə düşən traktorun sürücüsü boğularaq ölüb.

News365.az xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndinin inzibati ərazisində baş verib. 

Belə ki,  Adil Bayramov sahədə iş görən zaman traktorla birlikdə ərazidəki gölə düşüb. Traktordan çıxa bilməyən sürücü boğularaq ölüb.

A. Bayramovun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada