Bakıda yol təmiri – sürücülərə xəbərdarlıq

Bakıda yol təmiri – sürücülərə xəbərdarlıq
20 May 2025 10:20

Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. 

News365.az xəbər verir ki, bu barədə NİİM-in sürücülərə müraciətində deyilir. 

"Bu səbəbdən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərin Nicat Mustafayev və Babadağ küçələrindən istifadə etmələri tövsiyə olunur", NİİM-dən bildirilib.


Sizin reklam burada
Sizin reklam burada