Bakıda mikravtobus qəzaya düşdü - yaralılar var - YENİLƏNİB

Bakıda mikravtobus qəzaya düşdü - yaralılar var - YENİLƏNİB
08 Sen 2025 10:16

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə News365.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

"Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə hadisə zamanı xəsarət alan şəxslər var.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub qəzaya düşüb. Nəticədə 10-dan artıq xəsarət alan var. Yaralılıar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada