Bakıda kirayədə qalan gənc qız dəm qazından boğularaq ölüb

Bakıda kirayədə qalan gənc qız dəm qazından boğularaq ölüb
03 Dek 2025 20:20

Bakıda bədbəxt hadisə baş verib.

News365.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 2007-ci il təvəllüdlü Leyli Məmmədova yaşadığı evin vanna otağında dəm qazından boğularaq dünyasını dəyişib.

Məlumata görə, mərhum həmin evdə kirayə qalırmış.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada