Bakıda gizlədilmiş silah-sursat aşkarlanıb

Bakıda gizlədilmiş silah-sursat aşkarlanıb
12 İyn 2025 11:30

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən News365.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Yasamal rayon sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

    Binəqədi və Qaradağ rayonları ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 1 patron darağı və 15 ədəd patron tapılaraq götürülüb.

    Araşdırmalar aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada