Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü
10:57

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

News365.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)



Sizin reklam burada
Sizin reklam burada