"Regional Hospital"ın 824 min manatdan çox vergi borcu üzə çıxdı

"Regional Hospital"ın 824 min manatdan çox vergi borcu üzə çıxdı
25 Fev 2026 13:54

"Regional Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb.

News365.az "Unikal"a istinadən xəbər verir ki, "Regional Hospital"ın hazırda dövlətə 824 min 946 manat vergi borcu mövcuddur.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 4 AZN olan MMC-nin direktoru Pərviz Dosməmməd oğlu Qorçuyevdir.


Sizin reklam burada
Sizin reklam burada