Bakı məktəblərinə 12 direktor təyin edilib

Bakı məktəblərinə 12 direktor təyin edilib
25 İyn 2024 15:55

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib.

Bu barədə News365.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib.

Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.


Sizin reklam burada
Sizin reklam burada