"Bakı binaları möhkəmdir, zəlzələyə hazırıq"- Seysmoloqdan xəbərdarlıq

"Bakı binaları möhkəmdir, zəlzələyə hazırıq"- Seysmoloqdan xəbərdarlıq
11 Dek 2025 10:24

Bu gün Quba stansiyasından təxminən 19 kilometr şimalda, Quba rayonunda 3,3 maqnitudalı yeraltı təkan qeydə alınıb. Təkanlar ətraf sakinləri tərəfindən hiss edilsə də, hər hansı dağıntıya səbəb olmayıb.

News365.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycanda gündəlik olaraq müxtəlif gücdə zəlzələlər baş verir:


“3,5 baldan aşağı təkanlar əsasən hiss olunmur və dağıdıcı təsir yaratmır. Azərbaycanın yerləşdiyi Ərəbistan platforması bölgəsində böyük zəlzələlər baş verə bilər. Türkiyədə baş verən güclü zəlzələlər bu prosesi bizə də təsirsiz ötüşmür. Lakin yaxın gələcəkdə dağıdıcı zələlə gözlənilmir,” – deyə Q.İbrahimli vurğulayıb.

Ekspert həmçinin Bakıdakı çoxmərtəbəli binalarda ciddi təhlükə olmadığını bildirib:

“Binalarımız kifayət qədər möhkəmdir, ölümlə nəticələnən hadisələr ehtimalı çox aşağıdır. Zaqatala və Şamaxıda bir neçə il əvvəl baş verən zəlzələlərdə də böyük itkilər olmayıb,” – deyə o əlavə edib.

Hazırda ölkədə seysmoloji vəziyyət diqqətlə izlənilir.

Q.İbrahimli eyni zamanda Bakı şəhərində yol və nəqliyyat infrastrukturunun fövqəladə hallara hazır olmadığını qeyd edib:

“Ani zəlzələ zamanı insanlar panikaya qapılaraq küçələrə axışır və öz avtomobilləri ilə şəhərdən çıxmağa çalışırlar. Bu zaman yollarda sıxlıq və qəzalar baş verə bilər. Bakı şəhərində belə risklərin qarşısını almaq üçün yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi vacibdir,” – deyə ekoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada