Bağbanlar kəndi zibilə qərq olub

Bağbanlar kəndi zibilə qərq olub
05 Apr 2023 18:10

Bağbanlar kəndinin balaca sakinləri oyanaq üçün ərazinin yoxluğundan, böyüklər isə anti-sanitar vəziyyətdən şikayətçidir. Söhbət Bağmanlar kəndinin ərazisini məişət tullantıları içərisində qalmasıdır. Problemin həlli nədənsə müşkülə çevrilib.

Bağmanlar kəndi Samuğun elə də böyük olmayan yaşayış massivlərindən biridir. Ən ciddi vəziyyət kəndinin giriş hissəsində qalan məişət tullantıları topalarının vaxtında daşınmamasıdır. Sakinlər deyir ki, ərazinin zibillənməsinə səbəb məişət tullantıları üçün yerin olmamasıdır. Yəni nə qutular var, nə də texnika ayrılıb.
News365.az sakinlərin şikayətlərini təqdim edir:

Türkanə Allahverdiyeva - sakin : “Yer olsa, maşın ayırsalar, zibili maşına tökərik. Hətta pulunu da verərik. Qab qoysalar qaba tökərik. Çölə çıxa bilmirik, uşaqları evdən çölə buraxmırıq, məcburuq. Hara çıxaraq, mikrobun içinə?”

Gülüş Mustafalı - sakin: “Maşin edərdilər, qutular qoyardılar. Camahat vəhşi deyil ki. Görəcək qutu var qutuya tökəcək. Kimdir yerə tökən onları. Nə qədər şikayət edirik, heç bir xeyri olmur"

Kəndin bir digər problemi isə sahibsiz itlərdir. Məişət tullantıları tökülən ərazidə özlərinə yuva quran sahibsiz itlər indi sakinlər üçün əsl təhlükəyə çevrilib.

Leyla Həsənova - sakin : “Mənim özümü it bu yaxınlarda tutdu, heç bir ay olmaz. Getdim həkimə, qeydiyyata aldılar. Şəhərdən gəldiyim yerdə tuttu, neçə dənə diş batırdı. Bir də görürük çığırtı qopdu it tuttu. Olmaz axı belə. Bu yerin sahibi var onu da bilmirik”

Məsələ ilə bağlı aiditalı qurumun mövqeyini də öyrəndik. Kəndin bələdiyyə sədri Səmiyəddin Abbasov yaranan vəziyyətin həll ediləcəyini deyir. “Qəsəbə sakinləri vaxtlı-vaxtında önədişlərini ödəyə bilsələr problem həll olunacaq. Bayram günlərinə düşdüyü üçün ərazidən məişət tullantılarını təmizləyə bilməmişik. Aradan qaldıacağıq” - deyə sədr vurğulayıb.

Ümid edək ki, verilən vəd sözdə yox, əməldə həllini tapar. Qarşıda bizi gözləyən isti havalarda kəndin sakinlərini yayıla biləcək müxtəlif xəstəliklərin təhlükəsi gözləməz.


Sizin reklam burada
Sizin reklam burada