“Azərışıq” ASC, “Azəriqaz” İB və İri şəhərlərin birləşmiş su təchizatı xidməti özəlləşməyə gedir? - MÜHÜM AÇIQLAMA

“Azərışıq” ASC, “Azəriqaz” İB və İri şəhərlərin birləşmiş su təchizatı xidməti özəlləşməyə gedir? - MÜHÜM AÇIQLAMA
11 Mar 2025 09:33

Ölkəmizdə bir sıra dövlət qurumları var ki, onlar bir qayda olaraq ziyanla işləyir. Və maraqldırır ki, ziyanla işləyən dövlət qurumları əsasən xidmət sektorundadır. Məsələn, “Azərışıq” ASC, “Azəriqaz” İB və İri şəhərlərin birləşmiş su təchizatı xidməti heç də rentabelli deyil. Bu günlərdə keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə də bildirib ki, bu yaxınlarda da “Tənzimləyici haqqında” qanun layihəsi parlamentə daxil olacaq:

“Yeni qanunlarla bağlı enerji sistemində institusional dəyişikliklər gözlənilir. Həmin dəyişikliklər bu sahədə özəlləşmənin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu gün də imkan var ki, elektrik stansiyalarının həm özəlləşməsi, həm də yeni elektrik stansiyalarının tikintisi ilə bağlı yeni investorlar ola bilər”.

Mövzu ilə bağlı News365.az -a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, bir çox xidmət təşkilatları dövlətə sadəcə yükdür:

“Həm su, həm qaz, həm də işıq pullarının ödənişi hələki 100 faizə çatdırılmayıb. Bu da o deməkdir ki, həmin təşkilatlar rentabelli deyil. Üstəlik, bu qurumların xidmətində itkilər kifayət qədər yüksəkdir. Su itkisi barədə danışmağa dəyməz. Bu qədər itkilərin olması isə xidmət həyata keçirən qurumların məsələyə qeyri- ciddi yanaşmasıdır. Çünki, bu qurumda oturanlar bilirlər ki, enerji daşıyaıcıları və su strateji məsələdir. Ona görə də bu sahədə axsamaların olmaması üçün dövlət böyük ölçüdə bu dotasiya verir. Beləliklə də, xidmət təşkilatlarının nöqsanı bir növ gizlədilir.

Müsahibimiz hesab edir ki, gəlirlə işləməyən xidmət sahələrinin özəlləşməyə açılması vacibdir:

“Əgər işıq, qaz və su təsərrüfatındakı xidmət sahələri özəlləşdirilsə ən qazanclı çıxan dövlət olacaq. Çünki, verilən yüz milyonlarla dotasiya büdcədə qalacaq. İkinci qazanansa təbii ki, istehlakçılar olacaq. Çünki, özəlləşmədən sonra məsələn su sahəsində bir yox, bir neçə xidmət göstərən şirkətlər olacaqlar. Bu şirkətlər arasında da təbii rəqabət yaranacaq. Sağlam rəqabətsə yüksək xidmət mühiti yaradacaq. İndiki vəziyyətdə istər “Azərışıq” ASC-nin, istər “Azəriqaz” İB-nin, istərsə də İri şəhərlərin birləşmiş su təchizatı xidmətinin rəqibi olmadığı üçün ümumi bir arxayınçılıq var. Bu da xidmətin səviyyəsini aşağı salır, büdcəyə daha böyük zərər vurur”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada