Gürcüstanda əsasən azərbaycanlıların yaşadığı Qəmərli (Bolnisi) və Sarvan (Marneuli) rayonlarının arasındakı trasda bədbəxt hadisə baş verib. Belə ki, Bolnisi ərazisinə düşən Arıxlı kəndində iki yeniyetməni avtomobilin vurması nəticəsində iğtişaş baş verib.
News365.az xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb.
Musavat.com -un istinadla hazırladığı xəbərdə bildirilir ki, 15 yaşlı yeniyetmə hadisə yerindəcə dünyasını dəyişib. Digər yeniyetmə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qəzadan sonra yerli sakinlər və hadisə yerinə gələn polis arasında toqquşma baş verib. Sakinlər qəzanın səbəbkarı olan sürücünün dərhal cəzalandırılmasını tələb ediblər.
Məlumata görə, qəza nəticəsində daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda, gecə saatları olmasına rəğmən Marneuli-Bolnisi magistralı bağlıdır və hadisə ilə bağlı araşdırma aparılır.
Bu faciə bölgədə böyük rezonansa səbəb olub. Gürcüstan DİN xüsusi təyinatlıları hazırda kəndə daxil olub və vəziyyət gərgindir.
Əlavə məlumat veriləcək.