FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
O, futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya - Andorra qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.
Görüş iyunun 10-da Leskovat şəhərində yerləşən "Duboçitsa" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.