Baş direktor vəzifəsindən azad edildi

Baş direktor vəzifəsindən azad edildi
15:16

Rəşadət Nabatov Naxçıvan Muxtar Respublikası “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmirinə əsasən Nabatov Rəşadət Qurban oğlu “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.
Bildirilib ki, R. Nabatov 04-21 noyabr tarixlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılan kompleks yoxlamaların yekunlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin bu gün keçirilən kollegiyasının qərarına əsasən işdən çıxarılıb.

Belə ki, buna səbəb kimi vətəndaşların çoxsaylı sikayətləri, xəstəxanada bütün lazımı şərait olduğu halda müraciət edənlərin özəl tibb müəsissələrinə yönəldilməsi, müraciət edənlərə firma dərmanlarının yazılması və təcili tibbi yardım şöbəsində işin düzgün qurulmamsı kimi halların olması deyilir.

Bundan başqa Kollegiya Qərarına əsasən, xəstəxananın baş tibb bacısı, inzibati idarəetmə şöbəsinin müdiri, təcili tibbi yardım şöbəsinin müdiri, ərzaq anbarının müdiri, təsərüffat şöbəsinin müdiri, labaratoriyanın müdiri və digərlərinə şiddətli töhmət elan olunub.

Qeyd edək ki, Rəşadət Nabatov bu vəzifəyə sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəfli zamanında təyin olunmuşdu.


Sizin reklam burada
Sizin reklam burada