Saakaşvilinin oğlu ABŞ-a getdi

Saakaşvilinin oğlu ABŞ-a getdi
13 May 2025 21:59

Vahid Milli Hərəkat Partiyasının (VMHP) nümayəndə heyətinin ABŞ-a səfərə başlayıb.


News365.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.


Nümayəndə heyətinə Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilinin oğlu Nikoloz Saakaşvili də daxildir.


Səfərin məqsədi Bidzina İvanişvili və onun ətrafına şəxsi sanksiyaları nəzərdə tutan MEGOBARI Aktının vaxtında qəbulunu təmin etmək üçün Senatda görüşlər keçirməkdir.


Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyası VMHP-yə qarşı “Nürnberq məhkəmələri” vəd edir, keçmiş hakimiyyətin hərəkətlərini araşdırmaq üçün komissiya yaradıb və ilin sonuna kimi əsas müxalif partiyanı qadağan etməyi planlaşdırır.



Sizin reklam burada
Sizin reklam burada