Azərbaycana un məmulatlarının idxalı artıb

Azərbaycana un məmulatlarının idxalı artıb
22 Mar 2025 14:17

Bu ilin yanvar-fevral aylarında taxıl, un, nişasta və süddən hazırlanan məhsullar, o cümlədən un məmulatlarının ölkəyə idxalı ixracı 8,6 dəfə üstələyib.

Dövlət Gömrük Komitəsindən News365.az-a verilən məlumata görə, ötən iki ayda ölkəyə bu kateqoriyadan olan məhsulların idxalı 29 milyon 132,86 min ABŞ dollar, ixracı isə 3 milyon 385,38 min ABŞ dolları dəyərində olub.

Qeyd edək ki, hesabat dövründə taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsulların, həmçinin, un qənnadı məmulatlarının idxalı ümumi idxalın 0,7 faizini təşkil edib.


Sizin reklam burada
Sizin reklam burada