Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik
14:06

Moskva regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir.

News365.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ümid edirik ki, bu iş (sülh sazişinin imzalanması) yekunlaşdırılacaq", - o qeyd edib.

D.Peskovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi regionda sabitlik və təhlükəsizlik mühiti üçün zəruridir.

"Öz tərəfimizdən bu prosesə töhfə vermək üçün mümkün olan hər şeyi etməyə hazırıq", - o əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada