Azərbaycan məktəblərində vakansiyalar ELAN EDİLDİ

Azərbaycan məktəblərində vakansiyalar ELAN EDİLDİ
02 Apr 2025 14:04

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsi davam edir. 

İdarədən News365.az-a bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 6 aprel saat 12:00-dək qeydiyyatdan keçə bilərlər. 

Namizədlər qeyd olunan link vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.


Sizin reklam burada
Sizin reklam burada