"Cənab prezident dəfələrlə demişdi ki, Azərbaycanlıların Zəngəzura, ölkəyə qayıdışı tanklarla yox, avtomobillərdən olacaq."
Milli Məclisin deputatl Rasim Musabəyov bu sözləri News365.az-a şərh edib.
"Söhbət Azərbaycanın ərazilərini Ermənistanın işğal etməsindən getmir. Cənab prezident dəfələrlə demişdi ki, Azərbaycanlıların Zəngəzura, ölkəyə qayıdışı tanklarla yox, avtomobillərdən olacaq. Anlamalıyıq ki, bu uzunmüddətli istəkdir. Biz Qarabağa dörd ildir ki, nəzarətimizi bərpa etmişik. Ancaq orda insanların qayıtması üçün işlər on il çəkə bilər. Təbii ki, ardıcıl olaraq ora qayıdış var. Ancaq nəzərə almaq lazımdır ki, ordan təxmini 600 mindən çox insanlar çıxmışdır.
Bu vaxta qədər 10-15 min insanların ora qaytarmaq iqtidarında olmuşuq. 3 ilə təxmini 120-130 min insan qayıda biləcək. Azərbaycanlıların çıxdığı həmən kəndlər boşdur, ancaq 35 ilə onlar tamamilə dağıdılıb, süni şəkildə də yandırılan, dağıdılan, məhv edilən evlərin bərpası çox vəsait və vaxt tələb edir. Əsas odur ki, məqsəd qoyulub və düşünürəm ki, Azərbaycan- Ermənistan münasibəti normallaşdırılması mütləq olacaq."- deyə fikirlərini bildirib.
News365.az