Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Uşanqi Kokauri (+100 kq) fərdi mübarizəni mükafat qazanmadan yekunlaşdırıb.
News365.az xəbər verir ki, 1/4 final mərhələsində gürcü cüdoçu Quram Tuşişviliyə uduzan Kokauri daha sonra təsəlliverici görüşdə çexiyalı Lukaş Krpalek üzərində qələbə qazanıb. Lakin bürünc medal uğrunda qarşılaşmada tacikistanlı Temur Raximova məğlub olaraq fəxri kürsüyə yüksələ bilməyib.
Bununla da Azərbaycan millisinin cüdoçuları dünya çempionatının fərdi yarışlarında 3 bürünc medalla kifayətləniblər. Əvvəlki günlərdə Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) üçüncü pillənin sahibləri olublar.
Qeyd edək ki, çempionata sabah keçiriləcək qarışıq komanda yarışı ilə yekun vurulacaq.