Aytac Vidadiqızı 1 milyonluq bağ evindən danışdı
News365.az xəbər verir ki, tanınmış müğənni Aytac Vidadiqızı şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. Sənətçi bildirib ki, 1 milyon manat dəyərində olan bağ evi var.
Müğənni qeyd edib ki, 3 mərtəbədən ibarət olan həmin evi öz şəxsi gəlirləri hesabına əldə edib: "İllərlə zəhmətlə çalışıb pul yığmışam. Nə kredit götürmüşəm, nə də kiminsə dəstəyi olub. Özüm almışam", – deyə Aytac Vidadiqızı bildirib.
Sənətçi yeni evi ilə bağlı yaxın zamanlarda paylaşım edəcəyini də vurğulayıb.