Ayı təhlükəsi böyüdü: Hökumət qoşun göndərdi

Ayı təhlükəsi böyüdü: Hökumət qoşun göndərdi
12:53

Yaponiyada son aylarda ayı hücumlarının kəskin artması hökuməti fövqəladə addımlar atmağa məcbur edib. Bir neçə prefekturada ayı təhlükəsinə qarşı xüsusi hərbi bölmələr yerləşdirilib.

News365.az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb. Yerli hakimiyyət orqanları ayıların yaşayış məntəqələrinə enərək insanlara hücum etməsi ilə bağlı ordudan kömək istəyib. Artıq əsgərlərin bir hissəsi ölkənin şimalında yerləşən Kazuno şəhərinə göndərilib.

Hərbçilər bölgədə tələ qurulmasına, ovçuların daşınmasına, ətraf ərazilərin patrul edilməsinə və tutulan ayıların təhliyəsinə dəstək verəcəklər. Əməliyyatın ən azı noyabr ayının sonuna qədər davam edəcəyi bildirilir.

Yaponiyanın Ətraf Mühit Nazirliyinin məlumatına əsasən, apreldən bəri ayı hücumları nəticəsində 100-dən çox insan xəsarət alıb, 12 nəfər isə həyatını itirib. Ölüm hallarının böyük hissəsi Akita prefekturasında qeydə alınıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada