Aygün Kazımova BUNU İLK DƏFƏ AÇIQLADI

Aygün Kazımova BUNU İLK DƏFƏ AÇIQLADI
16 İyn 2024 15:25

Xalq artisti Aygün Kazımova illər əvvəl dünyaca məşhur repçi Snup Doqla həyata keçirdiyi layihəsindən danışıb.

Bu barədə sənətçi "Zaurla Günaydın" verilişində söhbət açıb. O, 2013-cü ildə reperlə ifa etdiyi "Coffee from Columbia" mahnısı ilə bağlı heç yerdə açıqlamadığı məqamlara toxunub:

"Bunu illərdir söyləməmişdim. Onu həyata keçirdiyim üçün mənə dəstək olan bir ailəyə təşəkkür edirəm. İlk dəfədir bunu efirdə söyləyirəm. Bu yaxınlarda Ermənistanın tanıtımı üçün Paşinyan Müstəqillik Günü üçün Snup Doqu ölkəsinə dəvət etmişdi. Amma alınmadı. Bunu dövlət layihəsi kimi reallaşdırmaq istəyirdilər. Analyırdılar ki, bunun müsbət tərəfləri çox olar. Amma mən bunu tək başıma etmişəm".

Qeyd edək ki, ötən ilin sentyabrında Snup Doqun Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılan konserti təxirə düşmüşdü.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər