Avtobusun şüşəsini sındıran şəxs saxlanıldı

Avtobusun şüşəsini sındıran şəxs saxlanıldı
20 May 2025 22:45

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli news365.az-a bildirib ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada